21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

AZAL-dan AÇIQLAMA

01.02.2021

 "Füzuli rayonu ərazisində inşa olunan beynəlxalq aeroportun tikintisi davam edir. Hava limanının uçuş-enmə zolağının bu ilin sonunadək istismara veriləcəyi gözlənilir”.

DM xəbər verir ki, bu barədə  AZAL-ın vitse-prezidenti Etibar Hüseynov bildirib. O qeyd edib ki, hazırda ərazinin minalardan təmizlənməsi işləri aparılır:

"Ali Baş Komandanın müvafiq tapşırığı ilə işğaldan azad olunan ərazilərdə bir sıra layihələr həyata keçirilir. Füzuli beynəlxalq hava limanının tikintisi də bu layihələrdən biridir. Layihəyə aerovağzal binası, uzunluğu 3 min, eni 45 metrlik asfalt-beton örtüklü uçuş-enmə zolağı, təyyarələrin dayanması üçün sahəsi 60 min kv metr olan perron və 6500 kv m yönəldici yol, giriş yolu və 120 avtomobil üçün nəzərdə tutulmuş dayanacaq yeri daxildir. Hazırda ərazinin minalardan təmizlənməsi işləri aparılır. Müdafiə Nazirliyinin mexanizmləri ilə yanaşı Böyük Britaniyadan minaları zərərsizləşdirən unikal mexanizm də gətirilib”.

Etibar Hüseynovun sözlərinə görə, 250 min kv metr ərazi təmizlənən kimi uçuş-enmə zolağının tikintisini bu sahədə böyük təcrübəsi olan "AzVirt” MMC həyata keçirəcək: "Hazırda uçuş-enmə zolağının özülünün qoyulması üçün torpaq yataqları çıxarılır. Bundan sonra lazımi avadanlıqların alınması üçün xarici ölkələrlə müqavilələr bağlanıb. Naviqasiya, işıq-siqnal sistemləri, meteo avadanlıqları ilin sonuna qədər alınacaq və istismara veriləcək. Aeroportun tez zamanda istifadəyə verilməsi üçün iş gedir”.

AZAL rəsmisi həmçinin bildirib ki, aprel ayının sonunadək Laçın və ya Kəlbəcər ərazisində də beynəlxalq hava limanının tikintisi ilə bağlı layihələr həyata keçiriləcək.

Xatırladaq ki, Prezident İlham Əliyev yanvarın 14-də işğaldan azad olunan Füzuli rayonuna səfəri zamanı Füzuli beynəlxalq aeroportunun təməlqoyma mərasimində iştirak etmişdi.