Yerevanla Bakı arasında mübahisə
01.02.2021
Yanvarın 30-da Moskvada Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin görüşü baş tutdu. Üçtərəfli komissiyanın iclasında Aleksey Overçuk, Mqer Qriqoryan və Şahin Mustafayev regional nəqliyyat dəhlizlərinin açılmasını müzakirə edib.
Rusiyanın "Kommersant” qəzeti görüşün bəzi detallarını əldə edib. Əsas mübahisə mövzüsunu avtomobil və dəmir yolu xətlərinin keçəcəyi marşrutlarla bağlıdır. Belə ki, Yerevan Azərbaycanın əsas ərazisi ilə Naxçıvanın birləşməsi üçün şimal dəhlizi (Qazax-İcevan-Yerevan-Naxçıvan) istiqamətindəki dəmir yolu xəttinin işə salınmasını istəyir. Azərbaycan isə daha qısa və sərfəli Zəngilan-Mehri-Naxçıvan marşrut xəttinə üstünlük verir.
"Yerevan üçün şimal dəhlizi daha sərfəlidir. Yolun böyük hissəsi işlək vəziyyədədir və onun bərpası daha qısa zamana başa gələcək. Avtomobil yolunun açılmasına gəlincə, bu Ermənistan üçün rentabelli deyil. Çünki Azərbaycandan Rusiyaya gedən yol Gürcüstanla müqayisədə 900 kilometr daha uzun olacaq”-deyə logistika üzrə ekspert Norayr Qevorkyan açıqlama verib.
Amma Zəngilan istiqamətindfə dəmir yolu xəttinin bərpası ilə bağlı Azərbaycan tərəfinin apardığı iş rəsmi Bakının istəyinin qəbul olunacağından xəbər verir.
Xatırladaq ki, üçtərəfli komissiya fevralın 2-nə qədər ekspert qruplarının yaradılmasını yekunblaşdırmağı, fevralın 5-nə qədər isə onların ilk iclasının keçirilməsini müzakirə edir.