10 04 2025-cu il Bakı 6 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

"Azərsu"dan gözlənilən AÇIQLAMA

01.02.2021

Azərsu" ASC Tarif Şurasının qərarı ilə su-kanalizasiya tariflərinin artırılmasını şərh edib.

DM xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin iqtisadiyyat şöbəsinin müdiri Elçin Camalov açıqlama verib.

"Su təchizatı tarifləri sonuncu dəfə 2016-cı ildə təsdiqlənib. Ötən müddətdə əhəmiyyətli dəyişikliklər baş verib. Bu dəyişikliklər xidmətlərin maya dəyərinin, istehsal, istismar xərclərinin artmasına təsir göstərib. Bir sıra iqtisadi faktorları göstərmək istəyirəm. Ən mühüm faktor həmin dövr ərzində ASC-nin xidmət göstərdiyi abonentlər 250 min artıb. Bununla yanaşı, xidmət sahəsi 50%-dən 70%-ə yüksəlib, eyni zamanda cəmiyyətin əsasən Bakı şəhəri daxil olmaqla digər rayon və şəhər mərkəzlərinin fasiləsiz su təminatı faizi xeyli yüksəlib", - deyə o, qeyd edib.