Füzuli hava limanının tikintisi davam edir
01.02.2021
İşğaldan azad edilmiş Füzuli rayonu ərazisində təməli qoyulan Beynəlxalq Hava Limanının tikinti işləri artıq başlayıb.
DM Report-a istinadən xəbər verir ki, hazırda hava limanının tikinti işləri davam etdirilir.
Qeyd edək ki, Füzuli şəhəri 2020-ci il 17 oktyabr tarixində işğaldan tam azad olunub. Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 24 kənd var.
Xatırladaq ki, yanvarın 14-də Prezident İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanının təməllərini qoyub.