Parlamentin yaz sessiyasının işlər planı təsdiqləndi
01.02.2021
Parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin 2021-ci il yaz sessiyasının qanunvericilik işlər planı müzakirə edilib.
DM-in xəbərinə görə, qanunvericilik işləri planına daxil edilən qanun layihələri aşağıdakılardır:
1. Azərbaycan Respublikası Prezidenti-nin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Baş Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihələri;
2. Azərbaycan Respublikasının Milli Məclisi İntizam Komissiyasının Əsasnaməsinin təsdiq edilməsi haqqında qərar layihəsi;
3. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin "Sülh və insanlıq əleyhinə cinayətlər" bölməsinin yeni redaksiyasının layihəsi;
4. "Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi;
5. "Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi;
6. "Lombardlar haqqında” qanun layihəsi;
7. "Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi;
8. "Ali təhsil haqqında” qanun layihəsi;.
9. "Təhsil kreditləri haqqında” qanun layihəsi;
10. "Turizm haqqında” qanun layihəsi;.
11. "Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi;
12. "Qida təhlükəsizliyi haqqında” qanun layihəsi;
13. Azərbaycan Respublikasının qanun-larında dəyişikliklər edilməsi haqqında qanun layihələri.
Müzakirələrdən sonra Milli Məclisin 2021-ci il yaz sessiyasının qanunvericilik işlər planı səsverməyə çıxarılaraq təsdiqlənib.