Azərbaycanda Britaniya ştammı qeydə alınıb?
01.02.2021
TƏBİB Azərbaycanda Britaniya ştammının olub-olmaması ilə bağlı ictimaiyyət arasında yayılan məlumatlara münasibət bildirib.
TƏBİB-in mətbuat xidmətindən bildirilib ki, ümumiyyətlə, sözügedən ştamm ölkəmizdə hələ ki, qeydə alınmayıb: "Bu səbəbdən yayılan səs yazısı şayiə xarakterlidir və cəmiyyətdə ajiotaj yaratmaq məqsədi daşıdığına görə, araşdırılması üçün aidiyyəti orqanlara təqdim olunub.
Məlumat üçün qeyd edək ki, hazırda əhalinin sağlamlığının etibarlı qorunması və koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xəstəxanalarda müalicə prosesi sabit şəkildə davam edir”.
Xatırladaq ki, votsapda yayılan səs yazısında Azərbaycanda uşaqların kütləvi şəkildə koronavirusa yoluxması ilə bağlı iddia yer alıb. TƏBİB isə bu iddianı təkzib edib.