Fransada etirazlar səngimir
31.01.2021
Ötən gün Fransada "Qlobal təhlükəsizlik haqqında” qanun layihəsinin qəbul edilməsinə qarşı növbəti etiraz aksiyaları keçirilib.
DM xəbər verir ki, polis qüvvələri ilə etirazçılar arasında qarşıdurma yaşanıb.
Ölkənin Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, aksiyalar zamanı 35 nəfər saxlanılıb.
Ölkə üzrə keçirilən nümayişlərə 32 min 770 nəfər quşulub, onlardan 5050 nəfəri Parisdəki etirazlarda iştirak edib. Qarşıdurma nəticəsində iki polis əməkdaşı xəsarət alıb.