Türk jurnalistlər Yunanıstanda TUTULDU
15.07.2018
Yunanıstan polisi Türkiyənin TRT televiziyasının əməkdaşları saxlayıb.
"Dövran Media" xəbər verir ki, jurnalistlər 3.5 saat Dədəağac polis bölməsində heç bir əsas olmadan saxlandıqdan sonra azadlığa buraxılıb.
Mən bir çox ölkədə xidmət aparmışam, dünyanın ən bərbad deyə biləcəyiniz yerində belə bu cür rəftarla qarşılaşmamışam. Həbs edilmə və tətbiq olunan şiddət çox çirkindir. Buna görə məyus oldum. Bir Avropa ölkəsinə belə vəhşicəsinə rəftarı heç yaraşdırmadım”, - TRT müxbiri Fatih Sabuncu deyib.
Xatırladaq ki, çəkiliş heyyəti Yunanıstan ərazisində 15 iyul çevriliş cəhdi ilə əlaqədar proqram hazırlayıb.