Məktəblərin açılması ilə bağlı - AÇIQLAMA
30.01.2021
Fevralın 1-dən Bakı, Sumqayıt və Abşeronda özəl və dövlət məktəblərində tədris həftədə 3 dəfə olacaq. Çünki adətən bu bölgələrdə yoluxmaların sayı daha çox olur.
Bunu təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, bölgələrdə isə 1,5 metrlik məsafəni qorumaqla bütün şagirdlər məktəbə gələ bilirsə, bu halda təhsil ənənəvi 5 gün formatına qaytarılacaq.