21 11 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Yerevanda keçmiş deputat həbs edildi

30.01.2021

 Yerevan Məhkəməsi Milli Təhlükəsizlik Xidmətinin Ermənistan parlamentinin keçmiş deputatı Vaan Badasyan barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətini təmin edib.

DM Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə vəkil Araik Papikyan bildirib. Buna səbəb keçmiş deputatın baş nazir Nikol Paşinyan barəsində fikirləri olub.

Yanvarın 28-də jurnalistlərlə söhbət edən Vaan Badasyan deyib ki, baş nazir Nikol Paşinyan hakimiyyətdən getməlidir. "Əgər getməsə, onda biz onu silahın köməyi ilə fiziki şəkildə məhv edəcəyik. Mən prosesi təşkil etməyə başlayacam", - deyə o qeyd edib.

Vaan Badasyan bundan sonra Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Sabiq deputat Ermənistan Cinayət Məcəlləsinin 301-ci maddəsi (hakimiyyəti zorla ələ keçirmə, ərazi bütövlüyünü pozma və ya Konstitusiya quruluşunu zorla devirmə çağırışı) ilə ittiham olunub. Badasyan ona qarşı irəli sürülən ittihamları qəbul etməyib.