"Qarbağda Türkiyə-Rusiya birgə Monitorinq Mərkəzi sabah fəaliyyətə başlayır"
29.01.2021
"RİA Novosti" agentliyi Rusiya və Türkiyənin birgə qurduğu atəşkəsə nəzarətlə bağlı mərkəz haqqında məlumat yayıb.
DM xəbər verir ki, "RİA Novosti" sabah Qarabağda Türkiyə-Rusiya birgə Monitorinq Mərkəzinin sabah fəaliyyətə başlayacağını qeyd edib. Mərkəz Ağdam ərazisində yerləşəcək.
Qeyd edək ki, mərkəzdə 60 türk, 60 rus hərbçisinin fəaliyyət göstərəcəyi və PUA-ların, dronların köməyi ilə atəşkəs rejiminə riayət olunmasına nəzarət edəcəkləri bildirilir.