03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Bakının siyasəti və Nikolun Şuşa etirafı...

29.01.2021

 Prezidentin ilk xüsusi nümayəndəsini Şuşaya təyin etməsi təsadüfi deyil. Çünki Şuşa şəhəri tarix boyu olduğu kimi, bu gün də bizim üçün müqəddəs, əhəmiyyətli bir şəhərdir. Şuşa xalqımızın qırmızı xəttidir.

Bu sözləri Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Prezident İlham Əliyevin Şuşanın xüsusi nümayəndəsi Aydın Kərimovu videoformatda qəbulu zamanı toxunduğu məqamları şərh edərkən deyib.

Politoloq qeyd edib ki, vaxtilə Şuşanın işğalı ilə gələn Qarabağ məğlubiyyəti Şuşanın işğaldan azad edilməsi ilə qələbəni bizə bəxş etdi:

"Şuşanın ölkəmiz, xalqımız, Prezidentimiz üçün əhəmiyyətini, mahiyyətini sözlə ifadə etmək olmaz. Xüsusilə cənab Prezidentin Şuşa şəhəri işğaldan azad edilən kimi Ulu öndərin məzarına gəlib, "ata vəsiyyətini yerinə yetirdim” deməsi Ümummilli liderin Şuşaya tarixi münasibəti və əsasını qoyduğu siyasətin təntənəsi idi. Prezident İlham Əliyevin Şuşanın xüsusi nümayəndəsi Aydın Kərimovu videoformatda qəbulu zaman toxunduğu məqamlar, verdiyi tapşırıq, göstərişləri ondan xəbər verir ki, Böyük Qayıdış siyasəti, işğaldan azad edilən torpaqların yenidən qurulması planı məhz Şuşa şəhərindən başlayacaq.

Şuşa işğaldan azad olunan andan etibarən şəhərətrafı infrasturkturun bərpasına, yolların çəkilişinə başlandı, enerji təminatı gerçəkləşdi. Yaxşı bir fikir var: "Yollar mədəniyyəti, inkişafı da özü ilə gətirir”. Şuşaya çəkilən yollar özü ilə həm şuşalıları, həm də şəhərin dirçəlməsi üçün hər cür imkanı gətirəcək.

Onu da qeyd edim ki, ölkə başçısının Şuşa səfəri də mühüm hadisə idi. Bir vaxtlar Şuşada inaqurasiya mərasimi keçirməyə hazırlaşan şəxslər bir daha bu şəhərə ayaq belə basa bilməyəcək. Şuşa şuşalılarındır, Şuşa azərbaycanlılarındır”.

Politoloqun sözlərinə görə, Ermənistan baş naziri bunu etiraf etmək məcburiyyətində də qaldı:

"Paşinyanın "Şuşada yaşayanların 90 faizi azərbaycanlılar olub, siz Şuşanı ermənilərin hesab edirsiniz?” ritorik sualı əslində bir daha həm Ermənistanın işğalçı siyasətinin, həm də Qarabağın Azərbaycana məxsus olduğunun rəsmi etirafı idi”.