29.01.2021
"Heyvanlar vəfalı dostlarımızdır" deyimi boşuna deyilməyib.
DM xəbər verir ki, sosial mediada yayılan bu videoda balaca körpə ilə mərhəmətli pişik, hərkəsin marağına çevrildi.
Körpənin balkondan yıxılma təhlükəsini hiss edən pişik onu əlləri ilə oradan uzaqlaşdırmağa çalışır. Sanki bir ana kimi körpəni qoruyur.
Pişiyin bu mərhəmətli hərəkəti vəfanın vacibliyini və heyvanlara qarşı mərhəmətli olmağımızın mütləq olduğunu bir daha sübuta yetirdi.