Gürcüstanın Baş naziri Cavad Zəriflə görüşüb
28.01.2021
Gürcüstanın Baş naziri Giorgi Qaxaria İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşüb.
Bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tərəflər bölgədəki vəziyyət, son hadisələr barədə müzakirə aparıb.
Qeyd olunub ki, görüş zamanı ikitərəfli münasibətlər kontekstində ölkələr arasında ticari-iqtisadi əlaqələrin, tranzit, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlığın gücləndirilməsi və bu baxımdan mövcud potensialdan istifadəyə diqqət yönəldilib.
Tərəflər hər iki ölkədə mövcud pandemiya vəziyyəti və gələcək planlarla da bağlı müzakirə aparıb.