Bakıda DÖRDÜZ dünyaya gəldi - SENSASİYA
28.01.2021
Suraxanı rayonu, Əmircan qəsəbəsində yaşayan Hüseynovlar ailəsi 9 ildir ki, övlad həsrətində idilər. Allah bu ailəyə birdən 4 körpə nəsib edib.
Bu barədə DM-in müxbirinə xüsusi olaraq xəbər verən xoşbəxt atanın yaxın qohumu Emil bildirib ki, uzun sürən müalicədən sonra ailəyə 4 yeni nəfəs gəldi. Cütlüyün dördüz övladları 27 yanvar 2021-ci ildə saat 00.30 da dünyaya gözlərini açdılar.
Ananın vəziyyətinin anidən dəyişməsi səbəbi ilə Xətai rayonunda yerləşən Respublika Perinatal Mərkəzinə yerləşdirilən İrina Hüseynova Aleksandr qızının 1.400, 1200, 900, 900 qr çəkidə olan 3-ü oğlan, 1-i qız - 4 körpəsi dünyaya gəldi.
Hal hazırda ananın vəziyyəti normaldır. Körpələr isə xüsusi müşahidə altında saxlanılır.
Qeyd edək ki, hər iki valideyn SOCAR əməkdaşlarıdır.