Millimizin üzvü İspaniya klubunda
14.07.2018
Futzal üzrə Azərbaycan millisinin üzvü Oliveira Villiams De Naskimento "Vassoura" karyerasını İspaniyada davam etdirəcək.
"Dövran Media" xəbər verir ki, hücumçu Birləşmiş Ərəb Əmirliyinin "Al Dhafra" klubu ilə müqaviləsini yeniləməyib və o, Saraqosanın "Rios Renovables" komandası ilə anlaşıb. 33 yaşlı futzalçının təqdimatı avqustun 21-də keçiriləcək.
Qeyd edək ki, Vassoura DÇ-2016 və AÇ-2018-in oyunlarında millinin formasını geyinib.