“Azərkosmos”un rəhbərliyinə müvəqqəti TƏYİNAT
28.01.2021
"Azərkosmos” ASC-nin, yanvarın 26-da Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri təyin olunmuş sədri Rəşad Nəbiyevin yerinə müvəqqəti təyinat olub.
DM "Reporta" istinadən xəbər verir ki, səhmdar cəmiyyətinə rəhbərlik sədr müavini Rövşən Rüstəmova həvalə edilib.
O, 2003-cü ildə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında "İqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisası üzrə magistr dərəcəsi alıb, 2009-cu ildən iqtisadiyyat üzrə fəlsəfə doktorudur.
R.Rüstəmov əmək fəaliyyətinə 2002-ci ildə iqtisadiyyat sahəsi üzrə jurnalist kimi başlayıb, 2004-2012-ci illərdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Azərpoçt” MMC-də Əməliyyatlar şöbəsinin rəisi, Biznesin inkişafı şöbəsinin rəis müavini, 2012-2014-cü illərdə "Azərkosmos”da korporativ idarəetmə üzrə menecer, 2014-cü ildən bu günə qədər isə qurumun sədr müavini işləyib.