Koçaryanın etirafları
28.01.2021
Robert Koçaryan parlament seçkilərinə qatılacaq.
O, bu barədə ötən gün verdiyi geniş müsahibə zamanı söyləyib.
"Əgər növbədənkənar seçkilər keçirilsə, iştirak etməyimiz düzgün olar. Seçkilərdə komandamla iştirak edəcəm və qalib gələcəm”-deyə Koçaryan söyləyib.
O, Ermənistan dövlətçiliyindən əsər-əlamət qalmadığını da deyib.
"Rusiya süklhməramlıları azərbaycanlılar və ermənilər arasında toqquşmaların qarşısını almaq üçün gəlmişdilər. Bu gün onlar təkcə bu funksiyanı deyil, həm də Qarabağın təhlükəsizlik təminatçısı rolunu oynayır. Bu o deməkdir ki, bizim dövlət çiliyimizin təkcə qalıqları qalıb”.
Eks-prezident Zəngəzur barədə də danışıb.
"Zəngəzuru yalnız Rusiyanın himayəsi altında olduğumuz üçün itirmədik. Amma bu həmişə belə deyildi. 90-cı illərdə erməni ordusu regionda ən yüksəsk döyüş qabiliyyətinə malik ordu idi və Moskva ilə müttəfiqlik səviyyəsində idik. Amma bu gün o qədər zəifləmişik ki, istənilən qonşu ölkə bizi işğal edə bilər”.