Putin Davosda Qarabağdan DANIŞDI
27.01.2021
Rusiya prezidenti Vladimir Putin Davos Forumundakı çıxışında Qarabağ mövzusuna da toxunub.
DM bu barədə "TASS"a istinadən xəbər verir.
"Münaqişənin həllində iştirak edən ölkələr qaçqınların geri qaytarılması ilə əlaqədar humanitar problemlərin həllində, dağıdılmış infrastrukturun bərpası, tarixi, dini və mədəni abidələrin qorunması və bərpasında yardım göstərməlidirlər. Rəsmi Moskva ATƏT-in Minsk qrupunda həmsədrlər olan Rusiya, ABŞ və Fransa arasında əldə olunmuş razılaşmaları çərçivəsində hərəkət etməyə çalışır. Ən əsası sabitləşmə prosesinə başlamaqdır. Ümumiyyətlə, Qarabağla bağlı üçtərəfli bəyanat ardıcıl olaraq həyata keçirilir", - deyə Putin söyləyib.