Küveyt BMT Təhlükəsizlik Şurasına müraciət etdi
27.01.2021
Küveyt Krallığı Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına (TŞ) müraciət edib.
DM xarici KİV-ə istinadən xəbər verir ki, Küveytin BMT-dəki daimi nümayəndəsi Mənsur Əl-Uteybi BMT TŞ-yə müraciət ünvanlayıb.
Müraciətdə BMT TŞ-nin daimi üzvlərinin sayının artırılması və ərəb ölkələrini təmsil edən yeni daimi üzvün seçilməsi tələbi yer alıb. Məsələnin müzakirəyə çıxarılıb-çıxarılmayacağı haqqında məlumat yoxdur.
Qeyd edək ki, Küveyt dəfələrlə analoji tələblə BMT TŞ qarşısında çıxış edib.