Bayden üç türk qadına vəzifə verdi
27.01.2021
Yanvarın 20-də prezident vəzifəsini icra etməyə başlayan Cozef Baydenin rəhbərliyi altında işləyənlər arasında üç türk qadın da yer alıb.
DM xəbər verir ki, bu barədə "Habertürk” məlumat yayıb.
Bildirilib ki, təyin olunanlar ABŞ Maliyyə Nazirliyinin aparat rəhbəri Didəm Nişancı, Müdafiə Nazirliyinin baş hüquq müşaviri Özgə Gözəlsu və Dövlət Departamentinin qanunverici məsələlər üzrə büronun katibi köməkçisi Naz Durakoğludur.