21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Makron Əliyevə əl uzatdı – Video

27.01.2021

Fransanın apardığı antitürk, antiislamçı siyasətin iflasa uğrayacağı bəlli idi. Əvvəlcə Fransa lideri Makronun Türkiyə Prezidentinə "Əziz Tayyib, gəlin danışaq” deməsi, daha sonra Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuanın Azərbaycana səfəri bunu bir daha təsdiq edir.

Bu sözləri politoloq Turab Rzayev Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuanın Azərbaycana səfəri haqda danışarkən deyib.

Politoloqun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin 44 günlük müharibə zamanı başda Fransa olmaqla, bir sıra Avropa ölkələrinin Ermənistana verdiyi dəstəklə bağlı dediyi sözlər bu gün özünü doğruldur:

"Cənab Prezident müharibə vaxtı demişdi ki, Ermənistana dəstək verən ölkələr vaxt gələcək işğaldan azad edilən torpaqlara investisiya yatırmaq və əməkdaşlıq etmək üçün müharibənin qalibi Azərbaycanla yaxınlaşmağa çalışacaqlar. Həqiqətən də ölkə başçısının uzaqgörən siyasəti bir daha özünü doğrultdu. Jan-Batist Lömuanın Azərbaycana səfərinin bir adı ola bilər – Fransa səhvini anladı.

Bildiyiniz kimi, ölkədə İnvestisiya Holdinqi yaradılıb. Əksər dövlət qurumları da bu holdinqə daxil edilib. Düşünürəm, bununla bağlı yaxın günlərdə böyük bir özəlləşdirmə proqramı olacaq. Təbii ki, bu proqramda iştirak etmək istəyən Avropa ölkələri də var. Bu istiqamətdə artıq Britaniya, İtaliya, hətta Macarıstan belə təkliflər göndərib”.

Politoloq qeyd edib ki, işğaldan azad edilən torpaqların yenidən qurulması baxımından da xarici investorların ölkəyə axınını təmin etmək üçün ciddi işlər görülür:

"Təbii ki, bu prosesdə 44 günlük müharibə zamanı Azərbaycana hətta azacıq dəstək verən ölkələr də iştirak edəcək. Düşünürəm, rəsmi Paris öz səhvini anlayır və bu məqsədlə Jan-Batist Lömuanı Azərbaycana göndərir. Rəsmi Bakının Parisin bu yanaşmasına cavabı necə olacaq, bunu demək çətindir. Lakin reallıq ondan ibarətdir ki, Fransa digər ölkələrə nəzərən geridə qalır”.