Vaksinasiya üçün yaş həddi AÇIQLANDI
27.01.2021
Koronavirusdan vaksinasiya üçün yaş həddi 80-85-dir.
DM-in məlumatına görə, bu barədə Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova bildirib.
"Hesab edirəm ki, 65-80 yaş qrupunda olanlar üçün peyvənd vacibdir. Ancaq 80-85 arasında olanlar barədə düşünmək lazımdır, seçim sağlamlıq durumuna əsasən verilməlidir. 85 yaşdan yuxarılar üçün isə peyvənd praktiki olaraq mənasızdır”, - deyə Baranova bildirib.
O vurğulayıb ki, məhdudiyyətlər yaşlılar üçün peyvənd riskinin artması ilə deyil, məqsədəuyğunluğu ilə bağlıdır.
"İstehsalçıların əksəriyyəti peyvəndi 65+ yaş qrupunda sınaqdan keçirib və nəticə alıb. Bunda da dayanıblar. Ancaq qocalarda yaş məsələsi vacibdir. İnsan nə qədər yaşlı olsa, immuniteti o qədər pis işləyir”, - deyə Baranova izah edib.
Norveçdəki qocalar evi sakinlərinin ölümü ilə bağlı suala cavab verən bioloq 80 yaşdan yuxarı yaş qrupundakı ölümün təbii bir proses olduğunu qeyd edib. Onun sözlərinə görə, bu insanlar peyvənd nəticəsində deyil, ondan sonra ölüblər.
Qeyd edək ki, Norveçdə vəfat edən yaşlı vətəndaşlar "Pfizer” peyvəndi vurdurmuşdular. Norveç Dərman Agentliyi peyvəndin yan təsirlərə səbəb ola biləcəyini qeyd edib.