Ceyhun Bayramov və Çavuşoğlu telefonla DANIŞDI
26.01.2021
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon danışığı olub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Nazirlər dəniz quldurlarının Türkiyəyə məxsus gəmiyə hücumu nəticəsində öldürülmüş azərbaycanlının nəşinin vətənə gətirilməsi üçün əlaqələndirilmiş şəkildə tədbirlərin görülməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
Tərəflər həmçinin regional əməkdaşlıq məsələlərini müzakirə ediblər.