21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

“Bakı Bus” BNA-dan niyə alındı?

26.01.2021

 Bakı Bus MMC bu qurumun Azərbaycan İnvestisiya Holdinqinə verilməsi ilə bağlı təhvil-təslim prosesinə cəlb olunacaq.

Bunu Prezident İlham Əliyevin "Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmana dəyişiklik edilməsi barədə qərarını şərh edən nəqliyyat eksperti Elməddin Muradlı deyib. O bildirib ki, atılan addımlar ölkə iqtisadiyyatının dirçəlməsinə yönəlib:

"İctimai nəqliyyat sektorunda rentabellik, gəlir tənzimlənməlidir. İctimai nəqliyyat sahəsində sahibkarlar həm qazanc əldə ediblər, həm də bu işi görüblər. Amma dövlət qurumları bunu bacarmır. Hətta Prezident İlham Əliyev müşavirələrin birində bununla bağlı irad səsləndirdi. Xüsusən də AZAL-ın adını çəkdi və dedi ki, bugünədək dövlət tərəfindən maliyyə ayrılsa da, geriyə pul qayıtmır. Prezidentin yürütdüyü siyasət budur ki, dövlət tərəfindən yaradılan müəssisələr həm də dövlətə xeyir verməlidir. Necə olur ki, sahibkar bundan gəlir əldə edə bilir, amma dövlət yox? Üstəlik, Bakı Bus MMC-nin avtobusları müasir, rahat, tutumu çoxdur. Buna görə atılan addımlar "Bakı Bus”un dövlətə xeyir verməsi üçündür. MMC-nin maliyyə hesabatları ilə tanış deyiləm. Çünki bugünədək belə bir hesabatın açıqlanmasının şahidi olmamışam. Buna görə də "Bakı Bus”un dövlətə xeyir və ya ziyan verməsi haqda bir söz deyə bilməyəcəm”.

Ekspert onu da qeyd edib ki, nəqliyyat sektoruna aid digər qurumlar da İnvestisiya Holdinqinə verilməlidir:

"Gələcəkdə nəqliyyat sektoruna aid olan qurumların İnvestisiya Holdinqinə verilməsi proseslərdən asılı olacaq. Mənə elə gəlir ki, bu sektora aid olan bütün qurumlar istənilən halda gəlir gətirə bilər. Sadəcə, bu sektora aid olan bir neçə şirkət var ki, orada yeyinti halları olur. İnvestisiya Holdinqinin bu şirkətlərə nəzarət etməsi ən doğru addımdır. Həmin qurumların rəhbərləri bəzən elə fikirləşirlər ki, dövlət tərəfindən ayrılan pulları dağıtmaq və bir hissəsini həmin işə cəlb etmək olar. Çox istərdim ki, bəzi qurumlar da nəzarətdən kənar qalmasın”.