“Xəzərdə ən böyük donanmaya sahibik”
26.01.2021
"Biz Xəzər Gəmiçiliyini müasirləşdirmişik, Xəzərdə ən böyük donanmaya sahibik və hər il donanmaya yeni gəmilər təqdim edilir”.
DM-in xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 26-da Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
Dövlət başçısı bildirib ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Xəzər dənizində yükdaşımaların təşkili üçün əvəzolunmaz rol oynayır: "Birincisi, biz limanı Bakı şəhərindən çıxardıq. Bu, Bakının ekoloji vəziyyətinə müsbət təsir göstərmişdir, eyni zamanda, yeni istirahət zonası yaradılıb. Əlbəttə ən müasir dəniz ticarət limanının işə düşməsi bizim imkanlarımızı böyük dərəcədə artırıbdır”.