Lavrovla Zərifin görüşü başladı
26.01.2021
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun iranlı həmkarı Məhəmməd Cavad Zərif arasında görüş başlayıb.
DM xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Qəbullar Evində keçirilən görüşün protokol hissəsində Sergey Lavrov və Məhəmməd Cavad Zərif çıxış ediblər.
Qeyd edək ki, Lavrov-Zərif görüşündə Dağlıq Qarabağda vəziyyət, İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planı ətrafında vəziyyət, Suriya nizamlanması, Əfqanıstan, Fars körfəzi zonasında vəziyyət əsas müzakirə mövzusu olacaq. Bundan başqa, Rusiya-İran arasındakı ikitərəfli münasibətlərin gələcək inkişafı istiqamətində konkret addımların atılması barəsində fikir mübadiləsi aparılacaq. Görüşün yekunu ilə bağlı Rusiya və İran XİN başçıları birgə mətbuat konfransı keçirəcəklər.
Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə görüşəcək.
DM TASS-a istinadən xəbər verir ki, nazirlərin Dağlıq Qarabağdakı vəziyyətin həllinə dair müzakirələr aparacağı bildirilir. Bununla yanaşı gündəlikdə İran nüvə proqramı və məsələləri, həmçinin Suriyadakı böhran mövzuları da yer alıb.
Qeyd olunub ki, Rusiya və İran XİN başçıları arasında son görüş dörd ay əvvəl, ötən ilin sentyabrında Rusiyanın paytaxtı Moskvada baş tutub.
Qeyd edək ki, Məhəmməd Cavad Zərif Moskvaya Bakıdan yola düşəcək.