21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Emin Milli yeni təşkilat yaratdı

26.01.2021

Almaniyada yaşayan insan haqları müdafiəçisi Emin Milli yeni təşkilat yaradıb.
 
DM-in məlumatına görə, Emin Milli bu barədə özünün "Youtube” kanalında yayımladığı videosunda bildirib.

Dostları ilə "Sülh uğrunda” adlı təşkilat yaratdıqları haqqında məlumat verən Emin Milli Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq və Avropada Azərbaycanı bütün sahələrdə doğru tanıtmaq üçün bu addımı atdıqlarını vurğulayıb:

"Bu təşkilatın əsas missiyası Azərbaycanla Qərb arasında olan ünsiyyət problemini həll etmək olacaq. Biz istəyirik ki, bu əlaqəni bütün sahələrdə qurub, əlaqələr yaradaq. Bundan əlavə orada Qərbdə olan, bizsiz bizim problemlərimizi müzakirələr çıxaranlar bütün məsələlərdən, işlərdən hali olsunlar. Biz istəyirik ki, Azərbaycan siyasətçiləri, alimləri və ekspertləri tərəfindən onlar məlumatlansınlar”.

Qeyd edək ki, bir müddət əvvəl Fransa parlamentindən sonra Almaniya Bundestaqı da Qondarma Qarabağın tanınması məsələsini müzakirə edib. Emin Millinin səyləri nəticəsində Bundestaq onu gündəmdən çıxarıb. Belə ki, E.Milli bundestaqın Almaniya-Cənubi Qafqaz qrupunun üzvlərinə məktub ünvanlayaraq məsələyə birtərəfli baxmamalarını, kilsələri müdafiə edəndə, ermənilərin dağıtdıqları məscidləri də nəzərlərindən qaçırmamalarını xahiş edib. Məktubda bu müharibənin ermənilərin qələmə verdiyi kimi heç də etnik və ya dini savaş olmadığı da vurğulanıb.

Emin Milli videoda qeyd edib ki, Azərbaycanla Qərb arasındakı münasibətləri inkişaf etdirmək üçün bir çox məşhur təhsil müəssisələri ilə yanaşı Oksfordda da silsilə tədbirlər həyata keçiriləcək. London, Brüssel və Berlində erməni, azərbaycanlı, həmçinin beynəlxalq ekspertlərin iştirakı ilə dəyirmi masalar təşkil olunacaq. Burda əsas məqsəd isə iki ölkə arasındakı iqtisadi inkişaf sahəsindəki əməkdaşlığın müzakirə edilməsi və konkret addımların atılmasıdır.