Yerevan Bakıdan icazə istəyir
26.01.2021
Ermənistan hökuməti Vardenis-Ağdərə yolundan istifadə etmək üçün Azərbaycanla danışıqlar aparır.
DM Ermənistan KİV-nə istinadən xəbər verir ki, danışıqlar Moskvanın vasitəçiliyi ilə həyata keçirilir.
Yolun böyük hissəsinin Azərbaycanın nəzarətinə qayıtmasından sonra rəsmi Yerevan yoldan müəyyən qrafik üzrə istifadə etmək icazəsi istəyib.
Bundan əvvəl, keçmiş Ağdərə rayonunun Drambon kəndinin sakinləri rusiyalı sülhməramlılardan Ermənistana gedib-gəlmək üçün həmin yoldan istifadə etmək istədiklərini bildirmişdilər.