Türk ekspertin AÇIQLAMASI
26.01.2021
Türkiyə gəmilərinin qorunmasında "Aksunqur" kimi PUA-lardan istifadə edilə bilər.
DM xəbər verir ki, bu sözləri türkiyəli eskpert Yusif Alabarda bir neçə gün əvvəl Nigeriya sahillərində hücuma məruz qalan türk gəmisi ilə bağlı açıqlamasında deyib.
"Belə məqamlarda dövlətlərin təkbaşına problemi həll etməsi mümkünsüzdür. Əvvəla, Atlantik okeanı olduqca böyük sahədir. Döyüş gəmiləri ilə öhdəsindən gəlmək çox çətindir. Afrika sahillərində hər hansı tədbir görmək isə ümumiyyətlə mümkünsüzdür. Təhlükəsizlik tədbirləri bu formalarda ola bilər: birincisi, xəbərdarlıqlara əməl edirsiniz, ikincisi, özəl təhlükəsizlik şirkətlərinin əməkdaşlarını gəmilərə yerləşdirirsiniz, üçüncüsü, 48 saat havada qala bilən "Aksunqur" kimi PUA-lardan istifadə edilə bilər. Dördüncüsü isə amfibiya tipi təyyarə ilə qorumaq mümkün ola bilər”, - deyə ekspert bildirib.
Qeyd edək ki, 23 yanvarda Nigeriya sahillərində üzən Türkiyənin "Boden dənizçilik” şirkətinə məxsus "Mozart" adlı gəmiyə dəniz quldurları tərəfindən hücum edilib. Hücum nəticəsində 19 nəfər gəmi heyəti üzvündən 15-i girov götürülüb, 2-ci mühəndis Fərman Əli oğlu İsmayılov öldürülüb, 3 nəfər gəmi ilə birgə azad edilib.