Gürcü müxalifəti mesaj verdi
26.01.2021
Hakim Gürcü Arzusu Partiyası ilə müxalifət arasında danışıqlar üçün bütün resurslar tükənib.
DM xəbər verir ki, bunu Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının rəsmi nümayəndəsi Xatiya Dekanoidze deyib. Onun sözlərinə görə, Vahid Milli Hərəkat Partiyası parlamentə daxil olmayacaq və bu qərarına sadiq qalacaq.
O, yazda ölkədə siyasi temperaturun qalxacağını bildirib.
Dekanoidze Vahid Milli Hərəkat Partiyasının bütün formalarda dinc inqilaba hazırlaşdığını deyib.
Qeyd edək ki, Gürcüstanda parlament seçkisi oktyabrda baş tutsa da, müxalifət indiyə qədər seçkinin nəticələrini qəbul etmir. Tərəflər arasında ABŞ və AB səfirləri vasitəçilik etsə də, hələlik razılıq əldə etmək mümkün olmayıb.
Sabah, həmçinin Gürcüstan parlamenti 51 müxalif deputatın səlahiyyətlərinin ləğvini müzakirəyə çıxaracaq. Bu siyahıdakı deputatlardan 36-sı Vahid Milli Hərəkat Partiyasının deputatlarıdır.