İŞİD bu ölkəni qana buladı: 128 nəfər ÖLƏN VAR
14.07.2018
Pakistanın cənub-qərbində törədilən terror aktı nəticəsində ölənlərin sayı 128 nəfərə çatıb.
"Dövran Media"nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 70 nəfərin öldüyü bildirilirdi. Hadisə nəticəsində 120 nəfər yaralanıb
Mastunq şəhərində (Bəlucistan əyaləti) seçkiqabağı mitinq zamanı partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyi təsdiqlənib.
Hadisəyə görə İŞİD terror qruplaşması məsuliyyəti öz üzərinə götürüb.