Koçaryan Baş nazir olmaq istəyir
25.01.2021
Ermənistanın eks-prezidenti, Qarabağdakı separatçı hərəkatın liderlərindən biri olmuş Robert Koçaryan yenidən siyasətə qayıdır.
DM Ermənistan KİV-nə istinadən xəbər verir ki, eks-prezidentə yaxın mənbələrin bildirdiyinə görə, Koçaryan siyasətə qayıtmağa və gələcəkdə baş nazir postunu tutmağa razıdır.
"Koçaryan siyasi iddialarını xalqın onu dəstəklədiyini hiss etdikdən sonra göstərəcək. Hazırda o, həmin dəstəyin olmadığını söyləyib”-deyə mənbə açıqlayıb.
Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Ermənistanda revanşist qüvvələr hakimiyyətə gəlmək üçün aktivləşib. Robert Koçaryanın yeni siyasi partiya yaratması ehtimalının yüksək olduğu xəbər verilir.