Ermənilər Qarabağda fərdi ev TİKƏCƏK
25.01.2021
Dağlıq Qarabağın ermənilər yaşayan hissəsində yeni tikinti planı qəbul olunub.
Xocalı rayonu ərazisində 1995-ci ildə salınmış Ovsepavan kəndində pilot layihənin icraslına başlanılıb.
Belə ki, kənddə 5 sadə konstuksiyalı və tez başa gələn fərdi ev tikiləcək. Həmin evlər ağac materiallarından olacaq.
"Qarabağ mühitinə uyğunlaşdırılmış fin layihəli evlər 80 kvadrat metr sahəni əhatə edəcək, 2 yataq otağı, qonaq otağı, mətbəx və hamamdan ibarət olacaq. Bundan başqa, həyətyanı sahə min kvadrat metr olacaq”- deyə açıqlamada bildirilir.
Yaxın 3 ildə 7 min fərdi evin inşası planlaşdırılır.