Makronla Bayden Yaxın Şərqlə bağlı qərar verdi
25.01.2021
Fransa Prezidenti Emmanuel Makronla ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı baş tutub.
DM xəbər verir ki, bu məlumatı Fransa Prezidentinin mətbuat xidməti yayıb.
Telefon danışığı zamanı tərəflər Yaxın Şərq probleminin həlli üçün birgə çalışmaq barədə razılaşıblar.
İki liderin xüsusilə İran nüvə razılaşması və Livandakı situasiyanı müzakirə etdiyi bildirilib.