21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İranın ABŞ-dakı agenti ifşa olundu

25.01.2021

 "Nyu York Tayms” qəzetində məqalələri yayımlanan və özünü Tehran Universitetinin keçmiş təhsil işçisi kimi təqdim edən Kaveh Əfrasiyab həbs olunub.

DM xəbər verir ki, bu barədə ABŞ-ın Ədliyyə Nazirliyi açıqlama yayıb.

Əfrasiyab İran hökumətinin gizli agenti kimi fəaliyyət göstərməkdə günahlandırılıb və 2007-ci ildən bəri İranın BMT-dəki daimi nümayəndəliyinin sözügedən şəxsin bank hesabına 265 milyon dollar köçürdüyü bildirilib.

Açıqlamada Əfrasiyabın 1957-ci ildə İranda doğulduğu və 1973-cü ildə ABŞ-a gəldiyi qeyd edilib.