Mikayıl Cabbarov AÇIQLAMA VERDİ
25.01.2021
Qarabağın dirçəlişi və bu bölgədə olan zəngin təbii sərvətlərimizin ölkəmizin iqtisadi sisteminə inteqrasiyası qeyri-neft sektorunun inkişafına ciddi təkan verəcək.
DM xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov Feysbukda qeyd edib.
Xatırladaq ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin fərmanı ilə yaradılan Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının sədri təyin edilib.