Lars yolu açıldı
25.01.2021
Rusiyanı Ermənistanla birləşdirən Lars yolu uzun müddət sonra fəaliyyətini bərpa edib. Sərhədin Rusiya tərəfindən Ermənistana getmək üçün gözləyən mindən çox avtomobil artıq hərəkətə başlayıb.
Bu barədə Ermənistanın Fövqəladə Halar Nazirliyi Gürcüstan Daxili İşlər Nazirliyi və Rusiya Fövqəladə Hallar Nazirliyinin Şimali Osetya Böhran İdarəetmə Mərkəzinə istinadən bildirib.
Ermənistan Fövqəladə Hallar Nazirliyi ölkə ərazisində də bağlı yolların olduğunu bildirib.
Xüsusilə Amberd regionunda yol bağlanılıb. Sünik bölgəsində də Qafan-Tatev yolu çovğunlu hava səbəbindən fəaliyyətini dayandırıb.