Ukraynada Navalnı açıqlaması
25.01.2021
Ukrayna Aleksey Navalnının azad olunmasını dəstəkləyir, çünki o, Vladimir Putinin düşmənidir.
DM xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.
"Əgər Navalnı gələcəkdə demokratik seçkilərdə Rusiyaya rəhbərlik etsə və ya sistemdə hansısa siyasi mövqe tutsa, o, Rusiya aqressiyasına görə üzr istəməli olacaq. Dediyim kimi, düşmənimin düşməni mənim dostumdur. Ona görə də əgər Navalnı Putinin düşmənidirsə, biz onu dəstəkləyirik”, – deyə o bildirib.