Fransız jurnalistdən şok etiraf
25.01.2021
Fransa ordusu Əlcəzairi işğal edərkən Avropanı belə dəhşətə gətirən vəhşiliklərə imza atıb.
DM xəbər verir ki, bu sözləri fransız jurnalist Jan Maykl Apatiye deyib.
"1854-cü ildə nəşr olunmuş ingilis, alman və fransız qəzetlərində Fransa ordusunun müsəlmanlara qarşı davranışlarının barbarlıq səviyyəsində olduğu yazılıb.
Biz bir xalqı 100 il ərzində öz torpaqlarında öldürdük. Fransa ordusu Əlcəzairdə işğala qarşı çıxanları təyyarələrə yığıb dənizə atdı. Bu, misli görülməmiş barbarlıq idi", - o bildirib.