Depuatat Ramil Həsən şəhid ailələrini ziyarət etdi - FOTOLAR
24.01.2021
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsən "TƏK MİLLƏT TƏK ÜRƏK" Humanitar Platforması çərçivəsində Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədovla bir araya gəlmiş, rayonda görülən və qarşıdakı günlərdə görüləcək işlərlə bağlı müzakirələr aparmış, o cümlədən 44 günlük Vətən Savaşında canlarını fəda etmiş igid Şəhid oğullarımızın ailələrini ziyarət etmişdir.
Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin başçılığı ilə torpaqlarımızın işğaldan azad edilməsində canlarını fəda etmiş şəhidlərimizi əsla unutmayacaq və gələcək nəsillərin onları qürurla xatırlayacağını, eyni zamanda hər zaman onların yanında olacağımızı bildirmişdir. Görüş çərçivəsində Ulu öndər Heydər Əliyevin abidəsi və Şəhidlər xiyabanı ziyarət edilmişdir. Vətənimizin bütövlüyü uğrunda canlarını fəda etmiş Şəhidlərimizin ailələrinə və onların övladlarına müxtəlif sovqatlar verilmişdir.
#Şəhidlərölməz
#tekmillettekürək
#qardaşlıqqazandı
#birmillətikidövlət