ABŞ-dan Avropaya mesaj: Hazırıq!
22.01.2021
ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Fransa, Almaniya, Böyük Britaniya və Yaponiya rəsmiləri ilə danışıq aparıb.
Bu barədə "Röyter” məlumat yayıb.
Bildirilib ki, C.Sallivan həmkarları ilə Çin, İran, Rusiya və Şimali Koreya ilə bağlı məsələləri müzakirə edib.
Söhbət zamanı Sallivan yeni administrasiyanın Transatlantik Alyansın möhkəmləndirilməsi və müxtəlif məsələlərin həlli yönündə avropalı müttəfiqlərlə çalışmağa səy göstərdiyini bildirib.