İranda partlayış baş verdi
22.01.2021
İranın şərqində partlayış hadisəsi baş verib.
DM xarici KİV-ə istinadən xəbər verir ki, partlayış neft-kimya zavodunda olub. Şimali Xorasan ostanının Bocnurd şəhristanında baş verən partlayışın texniki nasazlıqdan yarandığı bildirilib.
Partlayış 500 metr məsafədə yerləşən ətraf binaların pəncərələrinin qırılmasına səbəb olub. Ölən və ya yaralananların olmadığı deyilir. Zavodda dağıntı əmələ gəlib.