21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İndoneziyaya giriş qadağasının müddəti uzadıldı

22.01.2021

 İndoneziya hökuməti əcnəbilərin ölkəyə girişinə qoyulan məhdudiyyətin müddətini fevral ayının 8-dək uzadıb.

DM xəbər verir ki, belə bir addımın məqsədi koronavirusun yeni ştamının ölkədə yaylmasına yol verməməkdir. Sözügedən qadağadan yalnız ölkədə qalmağa icazəsi olanlar, diplomatik və xidmət vizaların sahibləri istisna təşkil edirlər. Daha əvvəl ölkəyə giriş 28 yanvar tarixinədək məhdudlaşdırılmışdı.

Bununla yanaşı Bali və Yava adalarındakı bir sıra bölgələrdə işgüzar fəaliyyətlərə qoyulan məhdudiyyətlərin də müddəti 8 fevral tarixinədək uzadılıb. Belə ki, işəgötürənlər işçilərinin 75 faizini məsafədən çalışdırrmalı, məktəblər məsafəli tədris rejimində fəaliyyət göstərməli, iaşə obyektləri 25 faizədək, məbədlər isə 50 faizədək yerlərə qəbul həyata keçirə bilər.