21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Paşinyanın Araiki TŞ-yə dəvət etməsinin səbəbi

22.01.2021

 Paşinyanın keçmiş və qondarma "dqr”in separatçı-terrorçu lideri Araik Arutyunyanın iştirakı ilə İrəvanda Təhlükəsizlik Şurasının iclasını keçirməsinin səbəbi aydındır. Paşinyan bu yolla erməni cəmiyyətinə göstərməyə çalışır ki, guya "dqr”in "siyasi varlığı” qorunur.

Bu sözləri politoloq Elxan Şahinoğlu Ermənistan Baş naziri Nikol Paşinyanın keçmiş və qondarma "dqr”in separatçı-terrorçu lideri Araik Arutyunyanın iştirakı ilə İrəvanda Təhlükəsizlik Şurasının iclasını keçirməsi haqda danışarkən deyib.

Onun sözlərinə görə, real mənzərə tamamilə fərqlidir:

"Araik Arutyunyan 44 günlük müharibəyə qədər de-yure heç kim idi, hazırda isə həm də de-fakto heç kimdir. Arutyunyanın Xankəndiyə gəlib-gedə bilməsinin yeganə səbəbi rus sülhməramlılarıdır. O ərazi hazırda müvəqqəti olaraq Rusiya sülhməramlılarının nəzarətindədir”.

Politoloq xatırladıb ki, rəsmi Bakı Arutyunyanı beynəlxalq axtarışa verib:

"Araik Arutyunyan mütləq həbs edilməlidir. Azərbaycan sülhməramlılardan onu tələb etməlidir. Çünki Araik açıq şəkildə etiraf etdi ki, Gəncə, Mingəçevir onun əmri ilə bombalanıb. Bu özü belə Arutyunyanın həbsi üçün kifayətdir”.