Ermənistanda daha bir deputat istefa verdi
22.01.2021
Ermənistan parlamentinin daha bir deputatı hakim "Mənim addımım" fraksiyasını tərk edib.
DM Ermənistan KİV-ə istinadən xəbər verir ki, parlamentari Taqui Tovmasyan Paşinyanın fraksiyasından istefa verdiyini açıqlayıb. O, müstəqil deputat kimi fəaliyyətinə davam edəcəyini bildirib.
Səbəb kimi addımın hakimiyyətin yürütdüyü siyasətə etiraz məqsədi daşıdığı bəyan edilib.