İran Trampı vurmağa hazırlaşır?
22.01.2021
İranın Ali lideri Əli Xameneinin Tvitter hesabında paylaşdığı foto sosial mediada gündəm olub.
DM xəbər verir ki, fotoda Donald Trampa bənzəyən bir şəxsin qolf meydanında dronun hədəfində olduğu əks olunub.
Tvitter fotonu qaydaları pozmasını əsas gətirərək silib.
Qeyd edək ki, Ə.Xamenei daha əvvəl verdiyi mesajda iranlı general Qasım Süleymaninin qətlini sifariş edənlərin cəzalandırılacağını yazmışdı.
Donald Tramp isə prezidentlikdən sonrakı ilk gününü qolf oynamaqla keçirib.