Saakyanın mühafizəçisi Xankəndidə özünü öldürdü
22.01.2021
Keçmiş və qondarma "dqr”in keçmiş "prezidenti” Bako Saakyanın mühafizəçisi olmuş Artur Apresyanın meyiti tapılıb.
DM xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bildirilib ki, 22 yanvar tarixində, saat 00:05-də Xankəndidəki Bayramyan küçəsində yerləşən parkinqdə "Hunday” markalı maşının sürücüsünün oturacağında 1985-ci il təvəllüdlü Artur Apresyanın meyiti tapılıb. Onun başından güllə yarası aldığı, sağ əlində isə tapança olduğu qeyd edilib.
İlkin ehtimala görə, o, intihar edib. İntiharın səbəbləri açıqlanmayıb.