Brodskinin ev muzeyi AÇILACAQ
13.07.2018
Sankt-Peterburq şəhərində böyük rus şairi və dramaturqu İosif Brodskinin ev muzeyi açılacaq.
"Dövran Media" xəbər verir ki, bu təşəbbüs tanınmış sahibkar Maksim Levçenkodan gəlib. O, ötən bazar ertəsi Liteyno prospekti 24-də yerləşən məşhur Muruzi binasındakı dörd otaqlı evi girovdan çıxararaq 35 milyon rubla satın alıb. Xatırladaq ki, həmin binada vaxtilə Aleksandr Blok, Nikolay Qumilyov kimi məşhur insanlar yaşayıblar. Brodksi isə orada 1955-ci ildən 1972-ci ilə - Rusiyanı tərk edənə qədər yaşamışdır.
Levçenko öz fəaliyyəti barədə bunları deyib: "Biz bu muzeyi niyə də yaratmayaq? Hələ ki, bizdə Brodskinin ev muzeyi yoxdur. Baxmayaraq ki, o, görkəmli şəxsiyyət, Nobel laureatı, dünya masştabında tanınmış şairdir."
Muzeyin konsepsiyasının işlənməsi üçün avqustun 1-də müsabiqə elan olunacaq.