Nazirdən universitetlərin açılması ilə bağlı AÇIQLAMA
22.01.2021
"Fevralın 1-dən etibarən 2 həftə ərazində növbəti qərarlar veriləcək”.
DM xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair bu gün keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, fevralın 1-dən növbəti iki həftə ərzində 5-9-cü siniflərin, ali təhsil müəssisələrində də qismən təshilin bərpa edilməsi ilə bağlı qərarların verilməsini nəzərdə tutulur: "Metronun açılması ilə bağlı qərar verilərsə, 5-9-cu siniflərin təhsilinin bərpa edilməsinə şərait yarad bilər”.